DataLife Engine > Sosial > Lənkəranlılar baharın gəlişini sevinclə qarşılayırlar

Lənkəranlılar baharın gəlişini sevinclə qarşılayırlar


18-03-2017, 17:57. Yerləşdirdi: sefa Lənkəranlılar baharın gəlişini sevinclə qarşılayırlar
Martın 18-də Lənkəran şəhərinin dəmir yolu vağzalı ərazisində keçirilən Novruz şənliyində baharın gəlişi əsl bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub.

Xalqinfo.az Azərtac-a istinadən xəbər verir ki, bayram tədbirində rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq Rəssamlıq Məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli-mədəni irsimizlə tanış olublar.

Sonra bayram tonqalı yandırılıb. Dədə Qorqud Novruz şənliyinə toplaşanları salamlayaraq onlara xeyir-dua verib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarının və bütün lənkəranlıların Novruz bayramını təbrik edib, hamıya ən xoş arzularını çatdırıb.

Qara zurnanın müşayiəti ilə Bahar qız, Kosa və Keçəl faytonda meydana daxil olublar.

“Cəngi” musiqisinin sədaları altında idmançılar ağırlıqqaldırma üzrə, güləşçilər isə tatami üzərində güclərini sınayıblar.

Şənlik iştirakçıları tonqalın ətrafında rəqs edib, müğənnilərin ifasında el nəğmələri, Bahara və Novruza həsr olunmuş mahnılar səslənib.

Lənkəranlılar baharın gəlişini sevinclə qarşılayırlar
Lənkəranlılar baharın gəlişini sevinclə qarşılayırlar
Lənkəranlılar baharın gəlişini sevinclə qarşılayırlar
Geri qayıt