DataLife Engine > Sosial > Azərbaycanda daha bir

Azərbaycanda daha bir


4-01-2017, 20:47. Yerləşdirdi: sefa Azərbaycanda daha bir

2019-cu ildə Azərbaycanda Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov beynəlxalq olimpiadanın ADA Universitetinin bazasında reallaşacağını bildirib. Nazir qeyd edib ki, bu yaxınlarda Beynəlxalq İnformatika Olimpiadasının rəhbərliyi ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub: “Azərbaycan məktəblərində müasir proqramlaşdırmaya dair informatika məzmununun yaradılmasına və yeni məzmunun tədrisi, müəllimlərin hazırlanması üçün proqramın hazırlanması razılaşdırılıb. Əminik ki, Beynəlxalq İnformatika Olimpiadasından bizə qalan mirası təhsilin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi olacaq. Bu gün təhsilin qarşısında duran əsas vəzifələrdən biri də informatika kursunun məzmununun müasirləşdirilməsidir. Bu, çox böyük və vacib mövzudur”. (apa)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt