DataLife Engine > Sosial > Lerik işıqsız qaldı

Lerik işıqsız qaldı


2-12-2016, 23:23. Yerləşdirdi: sefa Lerik işıqsız qaldı

Dekabrın 2-də güclü külək Lerik rayonunun kəndlərini işıqsız qoyub.

Xalqİnfo”nun Teleqraf.com-a istinadən xəbərinə görə, günorta saatlarından başlayan, yağış və sulu qarla müşayiət olunan güclü külək axşama doğru daha da şiddətlənib, hazırda davam edir.

Qeyd edilir ki, Şinqədulan xəttində 4 dayaq aşdığından bu istiqamətdə olan 40-dan çox kənd günorta saatlarından işıqsız qalıb.

Gün ərzində ərazidə təmir-bərpa işləri aparılsa da, hələlik, problem həllini tapmayıb.

Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, hazırda rayon mərkəzinə də elektrik enerjisinin verilişi dayandırılıb: “Bundan başqa, rayonun Zuvand ərazisindəki kəndlərdə də elektrik enerjisi kəsilib. İlkin məlumata görə, hazırda 50-dən çox kənddə işıq yoxdur. Digər fəsadlar barədə, hələlik, məlumat daxil olmayıb”.

Lerik rayon Elektrik Şəbəkəsindən isə təhlükəsizlik tədbirləri səbəbindən elektrik enerjisinin verilişinin dayandırıldığı qeyd edilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt