DataLife Engine > Sosial, Dünya > İşçilər dağıntılar

İşçilər dağıntılar


6-05-2015, 13:25. Yerləşdirdi: Kainat İşçilər dağıntılar Türkiyənin Kahramanmaraş şəhərində inşaat çöküb.Xalqinfo.az-ın məlumatına görə, hadisə Şazibey məhəlləsində meydana gəlib.

İnşaatda beton tökülərkən qəlib dəmirlər ağırlığa tab gətirməyərək çöküb. İşçilərin dağıntılar altında qaldığı bildirilir.

Dağıntılar altında qalan beş nəfər çıxarılaraq xəstəxanaya göndərilib. Üç işçinin isə hələ də dağıntılar altında qaldığı ehtimal edilir.

Hazırda onların xilas edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, Kahramanmaraş əhalinin sayına görə Türkiyənin 18-ci şəhəridir.
Mənbə
ANS PRESS

Geri qayıt