DataLife Engine > Sosial > Əlil uşaqlar üçün regional reabilitasiya müəssisələri yaradılacaq

Əlil uşaqlar üçün regional reabilitasiya müəssisələri yaradılacaq


8-01-2015, 12:50. Yerləşdirdi: Esi Əlil uşaqlar üçün regional reabilitasiya müəssisələri yaradılacaqUşaqlar üçün regional tibbi-sosial reabilitasiya müəssisələri təşkil ediləcək. lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramında öz əksini tapıb. Sənəddə qeyd olunur ki, icma əsaslı sosial reabilitasiya xidmətləri yaradılacaq. İşlərin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinə tapşırılıb.

Bundan başqa, Naxçıvan, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Lənkəran şəhərlərində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması da nəzərdə tutulub.
Geri qayıt