Azərbaycanda hava şəraiti dəyişəcəkBölmə: Sosial
Bu gün günortadan başlayaraq, Azərbaycanda hava şəraiti qısa müddətə dəyişəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev trend-ə bildirib ki, bu gün günün ikinci yarısından başlayaraq, ölkə ərazisində hava şəraiti küləkli olacaq. Günün ikinci yarısında cənub-qərb küləyi artıq şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə və səhər külək arabir güclənəcək. Sabah günün ikinci yarısında külək artıq mülayimləşəcək. Ölkə ərazisində havanın temparturunun əsasən sabah enəcəyi, dekabrın 24-dən isə temperaturun yenidən yüksələcəyi gözlənilir. Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Hava günün ikinci yarısında dəyişkən buludlu olacaq. Gecə şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında külək nisbətən mülayimləşəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrində sabah havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təşkil edəcək. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|