» » Firudin Cəlilovun səhhətindən xəbər var -

Firudin Cəlilovun səhhətindən xəbər var - FOTO

Bölmə: Sosial
Firudin Cəlilovun səhhətindən xəbər var - Sabiq təhsil naziri, professor Firudin Cəlilovun səhhəti yaxşılığa doğru inkişaf edir
Qeyd edək ki, dekabrın 15-də səhhəti kəskin pisləşən alim təcili olaraq əvvəl də əməliyyat olunduğu Ankara xəstəxanasına aparılıb. Dekabrın 17-də F. Cəlilov 6 saatlıq əməliyyat keçirib.


Uğurla keçən əməliyyatda alimin sol ayağının arterial qan damarı dəyişdirilərək süni damarla əvəz edilib, dekabrın 20-də isə alim ikinci dəfə əməliyyat olunub.

modern.az xəbər verir ki, eks-nazirin Türkiyədə yaşayan tələbəsi onun səhhətinin yaxşılışdığını və özü ilə də danışdığını bildirib: “Dəyərli müəllimim Firudin Cəlilovla elə indicə danışdım. Həkimi Mikayil Kəskinə onun səsini eşitmək istədiyimi bildirdim. İki dəqiqədən sonra müəllim özü mənə zəng etdi. Allaha şükür ki, çox yaxşıdır. Hər kəsə salamı var”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler