» » İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi

İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi

Bölmə: Sosial, MANŞET
İcra başçısının qazi haqda şikayəti  ilə bağlı qərar verildi




44 Günlük Vətən Müharibəsinin veteranı Ceyhun Ağayevin Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən məhkəməyə verilməsi barədə xəbər vermişdik.


Xalqinfo.az Gununsesi.info-ya istinadən bildirir ki, icra başçısı veteranın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 -ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində məsələ ilə bağlı proses olub.

Sözügedən prosesə məhkəmənin sədri Mübariz Əkbərov rəhbərlik edib.

Bildiririk ki, Adil Əliyevin şikayətinə Xəzər rayonunda baxılmasına dair qərar qəbul olunub.

Onu da xatırladaq ki, Adil Əliyevin şikayəti Xəzər Rayon Məhkəməsinə ünvanlansa da, bu məhkəmə aidiyyat məsələsini əsas gətirərək baxmaqdan imtina edib və işə baxılması üçün Suraxanı rayonuna göndərmişdi.

Ancaq şikayətə baxmaqdan imtina edən Suraxanı Rayon Məhkəməsinin hakimi Ünsiyyət Mirzəyeva isə, bu şikayətə harada baxılması üçün qərarı Bakı Apellyasiya Məhkəməsinin verməli olduğunu qərara alıb.

Ceyhun Ağayevin özü isə deyib ki, proses onun qeydiyyatda olduğu Saatlı rayonunda keçirilməlidir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler