» » Uğrunda həlak olduqları Qaradağlıda dəfn ediləcəklər

Uğrunda həlak olduqları Qaradağlıda dəfn ediləcəklər

Bölmə: Sosial
Uğrunda həlak olduqları Qaradağlıda dəfn ediləcəklər




Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər - Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu və Mustafayev Qərib Həsrət oğlunun cəsədlərinin qalıqları dəfn olmaq üçün Beyləqan rayonundan yola salınıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan vida mərasimində insan izdihamı yaşanıb.


Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduqları və uğrunda həlak olduqları Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.


Uğrunda həlak olduqları Qaradağlıda dəfn ediləcəklər

Uğrunda həlak olduqları Qaradağlıda dəfn ediləcəklər

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler