Şimşək, leysan, dolu... - Hava xəbərdarlığıBölmə: Sosial
![]() Azərbaycanın rayonlarında iyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Xalqinfo.az- a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. |
XƏBƏR LENTİ
10.02.25 22:02 | Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
|