» » Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar

Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar

Bölmə: Sosial
  Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaş qəbulu keçirib.

Xalqinfo.az xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı, məsul əməkdaşlar, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə, keçirilən bu cür görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər arasında işlə təminat, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.

Səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.





  Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar


  Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar


  Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar


  Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar



  Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar


  Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler