“Növbəti çağırışın deputatları gərək bu haqda düşünsünlər”Bölmə: Sosial
![]() “Təxminən 10 il bundan qabaq nikaha girənlərin icbari müayinəsini qanunvericiliyə salanda da təzadlı fikirlərlə rastlaşırdıq”. Xalqinfo.az xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Deputat bildirib ki, hər il nikaha girmək istəyən yüzlərlə insan arasında təhlükəli xəstəliklər aşkar edilir: “Hansı ki, onlar nikaha girsəydi, dünyaya gələn uşaqlar xəstə doğulacaqdı. Qohum nikahlarından isə dünyaya gələn uşaqlar arasında xəstəliyə tutulma ehtimalı 2-3, bəzən 4 dəfə artıqdır. Bu, ÜST-ün statistikasıdır. Dünyada olan qüsurlu insanların 40,5 %-i qohum nikahlarından dünyaya gəlmiş insanlardır”. Ə.Əmiraslanov qeyd edib ki, bu qanun layihəsi son dərəcə vacibdir: “Qanun qəbul edildikdən sonra insanlar arasında maarifləndirmə işlərinə böyük ehtiyac var. Biz səhiyyə komitəsi olaraq hər gün faciələrlə rastlaşırıq. Qohum nikahlarından doğulan uşaqlarda ən çox rast gəlinən irsi xəstəliklərdir, irsi qan xəstəlikləridir. Bu, ailənin faciəsidir. Bu insanlar nikaha girərkən tibbi müayinədən keçməyiblər. Belə qanun layihəsi bizə çoxdan lazım idi. Hələ o dövrdə nikaha girənlərin icbari sığortasını qanuna daxil edəndə də biz qohum nikahları məsələsini də müzakirə etdik və bunun əleyhinə çıxan millət vəkilləri var idi. Bu müddət ərzində görün nə qədər xəstə uşaqlar dünyaya gəldi, nə qədər ailələrin faciəsinə səbəb oldular. Bundan əlavə, erkən yaşda nikaha girən xanımların reproduktiv orqanlarında bədxassəli şişlər 7-8 dəfədən çoxdur”. Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu məsələlərlə bağlı dinləmələri regionlarda keçirmək lazımdır: “Düzdür, 6-cı çağırışın sonudur, amma növbəti çağırışın deputatları bu cür dinləmələri regionlarda keçirməlidir. Hər bir region deputatlarla təmsil olunur. Cəmiyyəti maarifləndirmək lazımdır. Gələcəkdə də növbəti çağırışın deputatları gərək bu haqda düşünsünlər”. |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|