» » Ələsgər Məmmədli hospitala köçürüləcək

Ələsgər Məmmədli hospitala köçürüləcək

Bölmə: Sosial
 Ələsgər Məmmədli hospitala köçürüləcək



“Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə onun vəkili Aqil Layıc feysbukda paylaşım edib.

Onun sözlərinə görə, bununla bağlı Bakı şəhərinin Xətai Rayon Məhkəməsi qərar qəbul edib:

“Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək”.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Ə.Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler