Nazir İctimai Şuranın üzvləri ilə görüşüb - FotolarBölmə: Sosial
![]() İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev nazirlik yanında İctimai Şuranın yeni tərkibi ilə görüşüb. Xalqinfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, görüşdə elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlərin əhəmiyyətindən danışan Emin Əmrullayev vurğulayıb ki, 2026-cı ilədək qarşıya qoyulan əsas məqsəd “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tədbirləri həyata keçirməkdir. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, müasir infrastrukturun yaradılması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin bərpa edilməsi, əsaslı təmir işlərinin həyata keçirilməsi, yeni elm ocaqlarının yaradılması istiqamətində görülən işlərə xüsusi diqqət çəkən nazir elm və ali təhsil sahəsində vacib addımlar atılacağını bildirib. Nazir elm və təhsil siyasətinin həyata keçirilməsində İctimai Şuranın ictimaiyyət və nazirlik arasında dialoq rolunu oynadığını, şuranın aktiv fəaliyyətinə xüsusi ehtiyac olduğunu vurğulayıb. İctimai Şuranın sədri Hikmət Əlizadə çıxış edərək təhsil xidmətlərinin rəqəmsallaşdırılması, sertifikatlaşdırma və XXI əsrin təhsil modeli ilə bağlı görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. Sədr şuranın ictimaiyyətin rəylərini diqqətə alaraq səmərəli təkliflər hazırlayacağını da əlavə edib. Daha sonra şuranın digər üzvləri təhsil sahəsində mövcud problemlər, ictimai rəylər və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Görüşdə gələcək nəslin savadlı formalaşdırılmasında müəllimin rolu, təhsil prosesində sosial-emosional öyrənmə modelinin tətbiqi, özəl və dövlət ümumi təhsil müəssisələri arasında əməkdaşlığın qurulması və bir sıra digər konseptual məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. Sonra nazir İctimai Şuranın yeni tərkibinə təşəkkür edib və onlara gələcək 2 illik fəaliyyətlərində uğurlar arzulayıb. ![]() |
XƏBƏR LENTİ
11.05.25 05:54 | ABŞ təsdiqlədi: Ukraynaya 125 raket və 100 "Patriot"...
11.05.25 05:53 | Bu ölkədə şahmat qadağan edildi
11.05.25 05:49 | “Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir”
11.05.25 05:44 | Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir
11.05.25 05:42 | BMT rəsmisi Hindistan və Pakistan arasındakı atəşkəsi alqışladı
11.05.25 05:35 | Ağır qəzada ölən iki qardaşın - Fotosu
11.05.25 05:34 | 4 ölkənin lideri Kiyevdədir
11.05.25 05:31 | “Hesab etdim ki, məhz bu gün burada olmalıyam”
11.05.25 05:25 | Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı
10.05.25 14:55 | Heydər Əliyev siyasi irsinin təməl sütunları
04.05.25 15:34 | Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
|