» » BAAU-nun ev sahibliyi ilə simpoziumun bağlanış mərasimi keçirildi

BAAU-nun ev sahibliyi ilə simpoziumun bağlanış mərasimi keçirildi

Bölmə: Sosial
  BAAU-nun ev sahibliyi ilə simpoziumun bağlanış mərasimi keçirildi



Bakı Avrasiya Universitetinin (BAAU), Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin və Qazax Qızlar Milli Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun bağlanış mərasimi keçirilib.

Xalqinfo.az xəbər verir ki, mərasimdə çıxış edən BAAU-nun rektoru, professor Nazim Hüseynli beynəlxalq tədbirin türk xalqlarının akademik əlaqələrinin, ortaq tədqiqatların inkişafına töhfə verəcəyini vurğulayıb. O bildirib ki, simpoziumun elmi proqramı müxtəlif ölkələrdən ümumilikdə 320-dən çox məruzə ilə həyata keçirilib. Türk dünyasını maraqlandıran mövzular üzrə məruzələr və elmi araşdırmaların perspektivlərinə dair müzakirələr aparılıb.

Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Uslu XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun nəticələrini yüksək qiymətləndirərək Təşkilat Komitəsinə öz təşəkkürünü bildirib.

Bağlanış mərasimində XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun yekun bəyannaməsi səsləndirilib.

XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun 21-23 may 2025-ci il tarixlərində Niğde Ömer Halisdemir Universitetinin ev sahibliyi ilə Niğde şəhərində keçirilməsi qərara alınıb. Konfransın mövzusu “Türk dünyasında ali təhsil sahəsində əməkdaşlıq” olaraq müəyyən edilib. Yekun bəyannamədə simpoziumun tərəfdaş universitetləri arasında təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, simpozium jurnalının SCOPS və ya SSCI kimi elmmetrik istinad bazalarına daxil olması və s. məsələlər öz əksini tapıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler