Azərbaycanda boşanmaların ən çox və ən az olduğu RAYONLARBölmə: Sosial
![]() 2024-cü ilin birinci rübündə (yanvar-mart aylarında) Azərbaycan Respublikasında 5124 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm ölkə üzrə əhalinin hər 1000 nəfərindən 2-sinin boşanması deməkdir. Bəs bu il ən çox və ən az boşanmalar Azərbaycanın hansı bölgələrində qeydə alınıb? Xalqinfo.az bununla bağlı araşdırma aparıb. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, Azərbaycanda ən çox boşanma Naftalan şəhərinin payına düşür. Burada əhalinin hər 1000 nəfərindən 4,7-si boşanıb. Ən çox boşanma sayına görə ilk “10-luq”da sonrakı yerlər aşağıdakı kimidir: Xankəndidə - hər 1000 nəfərdən 4,6-sı; Yasamalda - hər 1000 nəfərdən 4,1-i; Suraxanıda - hər 1000 nəfərdən 3,8-i; Zəngilanda - hər 1000 nəfərdən 3,8-i; Şahbuzda - hər 1000 nəfərdən 3,3-ü; Nərimanovda - hər 1000 nəfərdən 3,3-ü; Mingəçevirdə - hər 1000 nəfərdən 3,2-si Daşkəsəndə - hər 1000 nəfərdən 3,1-i; Xətaidə - hər 1000 nəfərdən 3,1-i. Rəsmi məlumata görə, Azərbaycanda ən az boşanma Ordubad rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərindən 0,7-si boşanıb. Ən az boşanma sayına görə ilk “10-luq”da sonrakı yerlər aşağıdakı kimidir: Sabirabadda - hər 1000 nəfərdən 1-i; Cəlilabadda - hər 1000 nəfərdən 1-i; Gədəbəydə - hər 1000 nəfərdən 1-i; İsmayıllıda - hər 1000 nəfərdən 1-i; Biləsuvarda - hər 1000 nəfərdən 1,1-i; Qubada - hər 1000 nəfərdən 1,1-i; Abşeronda- hər 1000 nəfərdən 1,2-si; Xızıda - hər 1000 nəfərdən 1,2-si; Qobustanda - hər 1000 nəfərdən 1,2-si. |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|