Nazirliyin binası bayrağa büründü - Fotolar
09 noyabr 2020 14:00
Baxış: 1537
Şərh: 0
Çap
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun zəfərləri, möhtəşəm Şuşa Qələbəsi ölkəmizdə ümumxalq qalibiyyət ruhunu, bayram ovqatını dəfələrlə artırıb. Hər yer dövlət rəmzimiz olan Azərbaycan bayrağı ilə bəzədilib.
“Xalqinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının Azərbaycan bayrağı ilə bəzədilməsi də bu əlamətdar tarixi günlərdə xalqımızın Qələbə ruhuna uyğun gözəl, füsünkar bir görüntü yaradıb.
Paytaxtın mərkəzi hissəsində yerləşən binada qurulmuş və ümumən ərazinin simasına yeni bir gözəllik qatan bu mənzərə həm gündüz, həm gecə vaxtlarında şəhərin müxtəlif yerlərindən diqqəti cəlb edir.
|