» » Sumqayıtda dəmir yolu yaxınlığında insan kəlləsi aşkarlandı

Sumqayıtda dəmir yolu yaxınlığında insan kəlləsi aşkarlandı

Bölmə: Sosial
Sumqayıtda dəmir yolu yaxınlığında insan kəlləsi aşkarlandı
Sumqayıtda qazıntı zamanı insan kəlləsi tapılıb.

Xalqinfo.az "Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində dəmir yolu xətti ətrafında qaralmış naməlum insan kəlləsi aşkar edilib.

İnsan kəlləsi ərazidə qazıntı işləri aparılarkən üzə çıxıb. Ətrafda yaşayan insanlar tərəfindən hüquq-mühafisə orqanlarına məlumat verilib. Bakı və Sumqayıtdan olan ekspertlər ərazidə aşkar edilmiş insanın başının skeletini götürərək eksperteziya göndəriblər.

Yaxınlıqda yaşayan insanlar bildiriblər ki, ərazidə tikilmiş evlərin həyətlərinə vaxtı ilə qıraq yerlərdən çoxlu torpaq daşınaraq boşadılıb. Ehtimal edilir ki, insan kəlləsi həmin torpaqlara qarışaraq gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler