» » Qadın maşinist işə götürüldü -

Qadın maşinist işə götürüldü - Metroda ilk

Bölmə: Sosial
Qadın maşinist işə götürüldü - "Bakı Metropoliteni"ndə ilk dəfə qadın maşinist fəaliyyət göstərəcək.

Xalqinfo.az qurumun saytına istinadən xəbər verir ki, hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçim prosesi başa çatıb.

Seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olunsa da, onlardan cəmi 17 nəfəri bütün mərhələlərdən keçə bilib. Maraqlıdır ki, paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb.

Hazırda bütün mərhələlərdən keçmiş 17 iddiaçı 5-6 ay müddətinə nəzərdə tutulmuş təlim-tədris kursuna başlayacaq.
Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler