» » Bu teleaparıcıların nitqi qüsurlu çıxdı -

Bu teleaparıcıların nitqi qüsurlu çıxdı - SİYAHI

Bölmə: Sosial, BLOK XƏBƏR
Bu teleaparıcıların nitqi qüsurlu çıxdı -Xəbər verdiyimiz kimi, dünən Milli Televiziya və Radio Şurası (MTRŞ) 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabatın nəticələrini açıqlayıb.

Xalqinfo.az publika.az-a istinadən bildirir ki, aparılan monitorinq nəticəsində “İTV”, “Xəzər”, “Lider”, “Space”, “ANS” və “ATV” televiziya kanallarının efirlərində dil normalarının pozulması faktı aşkarlanıb.

Monitorinqin nəticələrinə görə, ədəbi dil normasından sapmanı əks etdirən 532 nümunə tədqiqata cəlb olunub.

Bunlardan 91-i “Xəzər”, 56-sı “İTV”, 89-u “Space”, 97-si “ANS”, 90-ı “Lider”, 85-i isə ATV-də müşahidə olunub.

Azərbaycan ədəbi dil normalarını ən çox pozan televiziya kanallarının aparıcıları isə aşağıdakı şəxslərdir:

İlqar Mikayıloğlu, Mətanət Əliverdiyeva, Turan (Samir) İbrahimov, Elvin Basqallı, Saleh Bağırov, Mikayıl Güləddinoğlu, Elgiz Əkbər, Zəminə Əliyeva, Natavan Babayeva, Samirə Mustafayeva, Vüsalə Nürəddinqızı, Türkay Verdiyeva, Gülnar Muxtarqızı, Qənirə Ataşova.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler