Balaxanı qəsəbəsində növbəti sosial layihə həyata keçirilirBölmə: Sosial
İqtisadiyyat Nazirliyi ilə Fransanın “CNIM S.A.” şirkəti arasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi zamanı bağlanmış podrat müqaviləsinə əsasən həyata keçirilən sosial layihə çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min m² təşkil edən yollarında əsaslı təmir-bərpa işləri aparılır və asfalt örtüyü yenilənir.Xalqinfo.az xəbər verir ki, yolların bərpasında asfaltın alt qatında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində yaranan 460 tondan çox dib külündən istifadə olunub. Qeyd edək ki, 2013-2015-ci illərdə isə bu sosial layihə çərçivəsində Balaxanı qəsəbəsində ümumi uzunluğu 87 km-dən artıq olan su xətti çəkilib, 5040 ədəd su sayğacı quraşdırılıb və 20 min nəfərdən çox Balaxanı sakini içməli su ilə təmin edilib. |
XƏBƏR LENTİ
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|