» » Uşaqlara siqaret satışı qadağandır, amma dənə ilə satırlar -

Uşaqlara siqaret satışı qadağandır, amma dənə ilə satırlar - Video

Bölmə: Sosial
Uşaqlara siqaret satışı qadağandır, amma dənə ilə satırlar -
Biri atasını, başqa biri isə qonşusunu bəhanə edərək dənə ilə siqaret alıb çəkir.

“Xalqinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət azyaşlıların mağaza və köşklərdən dənə ilə siqaret almalarından gedir.

Vətəndaşlar isə buna etiraz edirlər və dənə ilə siqaret satışının yığışdırılmasını istəyirlər.

Vətəndaşlara görə, siqaretin bu cür açıq şəkildə dənə ilə satılması ən çox uşaqlara mənfi təsir edir. Yəni belə olan halda uşaqlarda siqaretə maraq artır və onların dənə ilə siqaret alma ehtimalı qaçınılmaz olur. Çünki, azyaşlılar onla verilən az miqdarda xərcliyə də siqaret almaq imkanı əldə edirlər.

Dənə ilə siqaret satışı ilə məşğul olan satıcılar isə bəzi hallarda azyaşlılara siqaret satdıqlarını etiraf edirlər.

İctimai sağlamlıq üzrə ekspert Anar Xəlilov deyir ki, belə halın baş verməsinin başlıca səbəbi ictimai nəzarətin zəif olmasıdır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler