» » Saxta əlillik dərəcəsi verilir...

Saxta əlillik dərəcəsi verilir...

Bölmə: Sosial
Saxta əlillik dərəcəsi verilir...

"Bu gün Azərbaycanda həqiqətən əlil olan şəxslər əlillik vəsiqəsi ala bilmir. Əlillik statusunun sənədləşməsində bürokratik əngəllər var. Ona görə də belə halların qarşısının alınması üçün əlilliyin yenidən tərtibatlaşması məsələsi ortaya çıxır. Yəni birinci, ikinci və üçüncü qrup yox, fiziki imkanlar kateqoriyası ortaya düşməlidir. Bu məsələyə yenidən baxılmalıdır, inqilabi addımlar atılmalıdır. Belə olarkən obyektiv səbəbdən əlillərin sayı arta bilər. Həqiqətən əlil olan insanlar əlillik dərəcəsi alacaq. Bu səbəbdən əlillərin sayı arta bilər".

Bu sözləri Milli Məclisin sosial-siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli mətbuata verdiyi açıqlamalardan birində deyib. Komitə sədrinin vurğuladığı məsələ həqiqətən də, aktual problemlərdən biridir. Hazırda əlillik dərəcəsini müəyyən edən tibbi-sosial ekspert komissiyalarının əksəriyyətində qanunvericiliyin tələbləri kobud surətdə pozulur və saxta sənədlərlə əlillik statusu almaq istəyənlərə "yaşıl işıq" yandırılır. Qeyd edək ki, anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlillik statusu əldə edə bilər. Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Kamil Məmmədov isə əlillik dərəcəsini mövcud qanunlara uyğun şəkildə yox öz bildiyi qaydada müəyyən edir. Əldə etdiyimiz məlumatlara görə, sədr əlillik dərəcələrinin müəyyənləşdirilməsi zamanı ciddi qüsurlara yol verir: "Son vaxtlar Nizami rayonunda qeyri-qanuni yollarla saxta əlillik dərəcəsi alan şəxslərin sayı xeyli artıb. Həmin vətəndaşlar komissiya sədri ilə əvvəlcədən razılıq əldə edirlər və onun "hörməti"ni çatdırıb əlillik dərəcəsi alırlar. Bundan başqa, Kamil müəllim əlil kateqoriyasına aid olan vətəndaşlara süni problemlər yaradır. O əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır və bunun müqabilində maraqlarının təmin olunmasını tələb edir. Fiziki qüsurlu şəxslərə əlillik dərəcəsinin verilməsi prosesi isə müxtəlif bəhanələrlə həyata keçirilmir. Bütün bunlar onu göstərir ki, həqiqi əlillər qalıb kənarda, saxta yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar". Məlumatda o da bildirilir ki, əlillik dərəcəsi almaq üçün Nizami TSEK-ə müraciət edən və fiziki qüsurları olan şəxslər əliboş yola salınırlar: "Yataq xəstələri və digərləri komissiya rəhbərliyinə nəysə verməsələr, onlara pensiya təyin edilmir. Bu, Nizami Tibbi-Sosial Ekspert Komissiyasında sanki "ənənə" halını alıb. Komissiya rəhbərliyinin "tələb"lərini ödəyə bilməyən, yaxud ödəmək istəməyən vətəndaşların sənədlərinə baxılmır. Kamil Məmmədovun həyata keçirdiyi qanunsuz işlər əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun tibbi-sosial ekspert komissiyalarında mövcud olan xoşagəlməz hallara qarşı apardığı mübarizə tədbirləri ilə uzlaşmır. Nazir çalışır ki, bu sahədə səliqə-səhman, şəffaf mühit yaratsın, amma Kamil müəllim hansısa maraqlarını təmin etmək üçün qanunların əksinə gedir. Təbii ki, belə olan halda Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasında şəffaflıqdan söhbət gedə bilməz. Komissiya sədrinin bu günə kimi göstərdiyi fəaliyyət dərindən araşdırılsa, onun neçə nəfərə saxta sənədlərlə əlillik dərəcəsi verdiyi üzə çıxar. Amma nəyəsə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri Kamil Məmmədovu cəzalandırmır". Xatırladaq ki, Səlim Müslümov nazir vəzifəsinin icrasına təzə başladığı vaxtlarda tibbi-sosial ekspert komissiyalarında islahatların davamlı olacağını bildirmişdi. Çox güman ki, Səlim Müslümovun Nizami TSEK-də baş verənlərdən xəbəri yoxdur. Ümid edirik ki, cənab nazir bu faktlarla tanış olandan sonra Kamil Məmmədovun tutduğu vəzifədən çıxarılması barədə əmr imzalayacaq. Qarşı tərəfin də münasibət bildirmək hüququ var. gundelik-baki

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler