» » Oğlunu qurtarmaq istədi, özü də boğuldu - Kürdəki faciənin təfərrüatı

Oğlunu qurtarmaq istədi, özü də boğuldu - Kürdəki faciənin təfərrüatı

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Oğlunu qurtarmaq istədi, özü də boğuldu - Kürdəki faciənin təfərrüatı

Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub. "Xalqinfo" "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb.

Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib. Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib. Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub. Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib.

Hazırda FHN-in Salyan məntəqəsinin dalğıc-xilasediciləri meyitlərin tapılması istiqamətində axtarışlarını davam etdirirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler