» » “Səsdən, toz-torpaqdan evdə otura bilmirəm” -

“Səsdən, toz-torpaqdan evdə otura bilmirəm” - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR
“Səsdən, toz-torpaqdan evdə otura bilmirəm” -

Söküntü məsələsi gündəmə gəldiyi gündən indiyə kimi "Sovetski" sakinlərinin problemləri, şikayətləri haqqında dəfələrlə yazılar yazmışıq. Amma görünən odur ki, hələ də, öz həllini tapmayan məsələlər var.

"Sovetski" küçələrində qarşımıza çıxan mənzərə heç də ürək açıcı deyildi. Sökülən və ya sökülməkdə olan evlərin qalıntıları xarabalığı xatırladırdı. Evini sataraq köçmüş sakinlərin evləri zibilxanaya çevirilib. Sahibsiz qalan evlər sahibsiz itlərin, siçanların, narkotik alüdəçilərinin, bomjların yuvalarına çevirilib.

Müşahidələrimiz zamanı məlum oldu ki, hələ də evini satmayan sakinlər var. Və onlar istədikləri məbləğ ödənməyənə qədər köçmək istəmirlər. Söhbət etdiyimiz sakinlər bildirirlər ki, sökülən evlərin qonşuluğundakı mənzillərdə çatlar yaranır. Hələ də yaşayış olan evlərə kommunal xidmətlərin verilməsində tez-tez problemlər yaşanır.

“Boş qalan evlərdə bomjlar yatır”

“Çoxları verilən qiymətlərlə razlaşaraq köçüblər. Amma evləri hələ tam sökülməyib. Həmin evlərdə gecələr bomjlar yatır. Bəzən içkili olduqları üçün qışqırırlar, dalaşırlar. Mənim qonşum evini satıb. Onun da evi boşdur. Ora kimsə girə bilməsin deyə nəzarət edirik. Amma siçanların qarşısını ala bilmirik. Siçanlar, müxtəlif həşəratlar ordan bizim evə keçirlər” – bunu bizimlə söhbətində "Sovetski" sakini Sevil Əliyeva deyib.

“Səsdən, toz-torpaqdan evdə otura bilmirəm”

Xədicə Sultanovanın sözlərinə görə, hər iki qonşusu evini sataraq buradan köçüb. Amma onun köçmək fikri yoxdur: “Mənim artıq 64 yaşım var. Bu dünyada yetərincə yaşamışam. Ömrümə də az qalıb, bilirəm. Ona görə də, mənim evimdən çıxmaq fikrim yoxdur. Qonşularım evlərini satıb köçüblər. İndi də həmin evləri gəlib sökürlər. Səsdən, toz-torpaqdan evdə otura bilmirəm”.

“Məcbur olmasaydım 1500 manata razılaşmazdım”

"Sovetski" sakini Əliağa Fərəcov deyir ki, ailəsinin israrına görə, evi satmalı olub: “Mənə qalsa evi heç vaxt bu qiymətə satmazdım. Amma məcbur qaldım. Evdə körpə uşaq var. Tez-tez qazı, işığı, suyu kəsirdilər. Ailəm də israr elədi ki, evi satım. Məcbur qalıb satdım. Məcbur olmasaydım 1500 manata razılaşmazdım. Hər küçənin divarlarında ev və ya torpaq satışı ilə bağlı elanlar yapışdırılıb. Ordakı qiymətlərə baxın. Görün biz orada ev ala bilərik? Hansıki həmin elanlarda olan evlər şəhər ətrafıdır”.

“Hər gün qazı, işığı, suyu kəssələr də satmayacağam”

“Gülünc qiymətlər deyirlər. Evin kvadratına 1500 manat verirlər. Daha doğrusu otaqlara. Hamam, tualet və həyətin hər kvadratmetrinə 800 manatdan pul verirlər. Mən həyətimə beton tökdürmüşəm. İndi onun kvadratına 15 manat verirlər. Bu qiymətə kim evini satar? Satanlar varsa da özləri bilər. Mən satmıram. Hər gün qazı, işığı, suyu kəssələr də satmayacağam. Ya normal pul versinlər, ya da ev. Başqa heç bir şərtlə razı deyiləm” – bu sözləri evini satmaq istəməyən sakinlərdən biri olan Gülağa Mehdiyev deyir.

“Səsdən, toz-torpaqdan evdə otura bilmirəm” -
“Səsdən, toz-torpaqdan evdə otura bilmirəm” -
“Səsdən, toz-torpaqdan evdə otura bilmirəm” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler