» » “Novruz, Novruz, bahari…”

“Novruz, Novruz, bahari…”

Bölmə: Sosial
“Novruz, Novruz, bahari…”
Nigeriyanın Laqos şəhərində keçirilən Novruz şənliyi yerli sakinlərin böyük marağına səbəb olub. Xalqinfo.az-ın məlumatına görə, qonaqlara Azərbaycan milli mətbəxinin xörəkləri və şirniyyatları təqdim edilib.

Bayram şənliyi İndoneziya vətəndaşı Ponnie Ramirezin və İtaiya vətəndaşı Andrea Soddenin “Cəngi” musiqisinin sədaları altında şənliyə qədəm qoyması və tonqalın yandırılması ilə başlayıb. Tədbirin təşkilatçısı, həmyerlimiz Billurə Bernard

iştirakçılara Novruz bayramı və adət-ənənələri haqqında məlumat verib.

Novruz şənliyində klassik musiqilərlə yanaşı, “Sari gəlin” mahnısı da səsləndilib. İştirakçılar Azərbaycan milli musiqisinin sədaları altında rəqs ediblər. Tədbirdə iştirak edən qonaqlar ölkəmiz haqqında suallara cavablar verib və onlara hədiyyələr təqdim olunub.

Bayram tədbirində “Arşın mal alan” filmindən rəqs nömrəsi təqdim edilib. Rəqsi Filippin vətəndaşı Stefani Simən, Cenifer Verlan, Cenubi Afrika vətənaşı Tato Muliqan və Sofia Tomas, İndoneziya vətəndaşı Poni Ramirez, İtalliya vətəndaşı Andrea Sodde, Zimbabve vətəndaşı Lilian Zaraniyika və həmyerlimiz Billurə Bayramova ifa ediblər.

“Novruz, Novruz, bahari…”
“Novruz, Novruz, bahari…”
“Novruz, Novruz, bahari…”
“Novruz, Novruz, bahari…”
“Novruz, Novruz, bahari…”
“Novruz, Novruz, bahari…”
“Novruz, Novruz, bahari…”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler