» » Bakının bu bazarlarında ətin qiyməti 6 manatadır –

Bakının bu bazarlarında ətin qiyməti 6 manatadır – ÜNVAN

Bölmə: Sosial
Bakının bu bazarlarında ətin qiyməti 6 manatadır –
Bayramqabağı paytaxtda təşkil olunacaq yarmarkalarda mal və qoyun əti qiymətinin maksimum 7 manat olacağı deyilir.

Xalqinfo.az Xəzər TV-yə istinadən məlumat verir ki, artıq paytaxtın Xətai rayonunda təşkil olunan yarmarkada ətlərin üzərinə bu qiymətlər vurulub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, bayramqabağı yarmarkalara 10 tona yaxın ət çıxarılacaq və bununla da süni qiymət artımının qarşısı alınacaq. Ətin 1 kiloqramının qiyməti 6-7 manat arasında dəyişməsi bazarlara da təsir edəcək və paytaxtın digər nöqtələrində də ət satanlar məcbur olub qiyməti salacaqlar.

Ancaq yarmarkalardan kənarda ət satanlar heç də belə düşünmürlər. Satıcıların sözlərinə görə, yaxın bir neçə ayda ətin qiymətində ciddi azalma olacağı gözlənilmir.

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

Xətai rayonu:
-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı;

Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;

Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası;

Suraxanı rayonu:
-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı;

Binəqədi rayonu:
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
-köhnə avtovağzalın yanı

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler