» » “Collezione İtalia” Bakıda özəl tədbir keçirdi -

“Collezione İtalia” Bakıda özəl tədbir keçirdi - Fotolar

Bölmə: Sosial, Şou
“Collezione İtalia” Bakıda özəl tədbir keçirdi -

Keçən həftəsonu paytaxtın aparıcı klublarından biri olan “Eleven”də “Collezione İtalia” özəl tədbiri baş tutub.

Xalqinfo” xəbər verir ki, yeni şirkətlə tanışlıq çərçivəsində keçirilən tədbirdə 200-yə yaxın qonaq iştirak edib. Onlar arasında şirkət rəhbərliyi və əməkdaşları, aparıcı azerbaycanlı memarlar, interyer dizaynerlər, art-direktorlar, jurnal redaktorları, tikinti şirkətlərinin direktorları, dizayn studiyaları və qrup təsisçisiləri olub.

Qonaqlar gənc şirkətin iş konsepsiyasiyla tanış olmaqla yanaşı, əməkdaşlarla birbaşa ünsiyyət yarada biliblər, bu da, sözsüz ki, gələcək əməkdaşlıq üçün müsbət imkanlar yaradıb.

Tədbir qonaqları üçün dolğun proqram təşkil olunub: Avropa və Yaponiya mətbəxinin təamlarından ibarət furşet, müxtəlif içkilər və canlı musiqi.

Tədbirin bədii hissəsində məşhur “Dervish blues band & Nara white” Bakı kaver-qrupunun canlı ifası yer alıb.

Mərasimin sonunda qonaqlara “Collezione İtalia”dan hədiyyələr təqdim olunub.

“Collezione İtalia” Azərbaycan bazarında 2016-cı ilin martından fəaliyyət göstərir. Həmin ilin mayında şirkətin rəsmi açılışı baş tutub, mebel sahəsinin aparıcı mütəxəssisləri və liderləri, interyer dizaynerlər və bomond nümayəndələri üçün sərgi mərkəzinin təqdimatı keçirilib.

25000 kv.m sahəni əhatə edən “Collezione Italia” özündə aparıcı italyan və Avropa dizayn və interyer brendlərini cəmləşdirib. Onlar arasında - Agoprofil, Oikos, Laboratorio İtaliano, Veneta Cucine, Team 7, Besana, Gianfranco Ferre, Jesse, Armando Rho, Biba Salotti, Gessi, Karol, İBB, Artesi, Petracers, oasis və bu kimi digər brendlər var.

Dizayner və memarlar üçün Collezione Italia nəyinki zərif dəbdəbə yeri, həm də interyerdə klassik və art-dekordan başlayaraq hi-tech kimi üslublar üçün yaradıcı idea mənbəyidir.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

“Collezione İtalia” Bakıda özəl tədbir keçirdi -
“Collezione İtalia” Bakıda özəl tədbir keçirdi -
“Collezione İtalia” Bakıda özəl tədbir keçirdi -
“Collezione İtalia” Bakıda özəl tədbir keçirdi -
“Collezione İtalia” Bakıda özəl tədbir keçirdi -
“Collezione İtalia” Bakıda özəl tədbir keçirdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler