» » Britaniyalı müəllimlər BANM-də imtahan keçirirlər

Britaniyalı müəllimlər BANM-də imtahan keçirirlər

Bölmə: Sosial
Britaniyalı müəllimlər BANM-də imtahan keçirirlər

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları
üzrə təhsil alan II-V kurs tələbələrinin qış semestri üzrə növbəti yazılı imtahanlarını Ali Məktəbin
tərəfdaşı olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin (HVU) professor-müəllim heyəti keçiriblər.

Xalqİnfo” xəbər verir ki, imtahanlar Böyük Britaniya ilə vaxt fərqini
nəzərə almaqla HVU-dakı imtahanlarla paralel olaraq keçirilir ki, bu da hər iki ali təhsil müəssisəsinin
tələbələri arasında imtahan suallarının cavablarını bir-birinə ötürmək imkanını istisna edir.

BANM-də səfərdə olan HVU-nun nümayəndə heyətinin tərkibinə Texniki və Təbiət Elmləri İnstitutunun
beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Kevin Makkalax, İnstitutun professoru Grem Vayt, o cümlədən
mühəndislik proqramları üzrə direktor müavini Aleksandr Bell, Neft-qaz İnstitutunun baş müəllimi Cillian Pikap,
Tələbələrə dəstək şöbəsinin tədris və təlim üzrə meneceri Patrisiya Dunkan və bu şöbənin əməkdaşı İren Foks daxil idilər.

İmtahanları uğurla vermiş BANM-in tələbələri Ali Məktəblə HVU arasında mövcud olan müqavilə çərçivəsində ikili
diplom ala biləcəklər. Sözügedən müqavilə çərçivəsində HVU-nun müəllimləri BANM-də imtahanların təşkili və
keçirilməsinə nəzarət etmək məqsədi ilə müntəzəm olaraq Bakıya səfər edir, tələbələrin yazılı cavabları
qiymətləndirilmək üçün Böyük Britaniyaya - HVU-ya göndərilir. İmtahan prosesinin bu şəkildə təşkili işlərin
qiymətləndirilməsinin nəticələrinin şəffaflığına və obyektivliyinə təminat verir.

Qeyd edək ki, BANM Azərbaycanda tələbələrin biliklərinin xarici universitetin ekspertləri tərəfindən
qiymətləndirildiyi yeganə ali təhsil müəssisəsidir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Britaniyalı müəllimlər BANM-də imtahan keçirirlər

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler