Zibili çıxmış problem: kimi həyətində basdırır, kimi küçəyə atır...Bölmə: Sosial
![]() Xalqİnfo.az bildirir ki, Virtualaz.org sakinlərdən ayrı-ayrı vaxtlarda daxil olan şikayətlərə və apardığı müşahidələrə əsasən qeyd edir ki, bu qəsəbələrdə zibil yeşikləri ən yaxşı halda əsa küçələrin kənarlarında qoyulub. Məhəllələrin içərisində isə məişət tullantılarını ya divarlara yazılmış “Bura zibil atanın ...” tipli söyüşlərə, qarğışlara baxmayaraq hasarların dibinə atırlar, ya da torbalara, əl arabalarına yığıb zibil yeşiklərinə atmaq üçün uzun məsafə qət etməli olurlar. ![]() Bakının ətraf qəsəbələrində tullantıların hansısa çalaya basdırılması hallarını da görmək olar. Çünki yaxınlıqda zibil atmağa başqa yer olmur. Bir çox hallarda isə zibil qutuları elə yerlərdə qoyulub ki, yağış yağanda onlara yaxın düşmək müşkülə çevrilir, çünki ətrafları keçilməz gölməçəyə, bataqlığa dönür. Bu qəsəbələrin şəxsi avtomobili olan sakinlərinin zibil sarıdan işləri nisbətən asandır. Onlar hər gün zibil torbalarını maşınlarında aparıb yolüstü hansısa zibil qutusuna ata bilərlər. Bəziləri problemin həlli yolunu tullantıları öz həyətlərində çala qazaraq basdırmaqla tapırlar. Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivi 9-cu döngədə yaşayan sakinlər isə deyirlər ki, əvvəllər bu üsuldan əksəriyyət istifadə etsə də, get-gedə həyətlərdə qazılası yer qalmayıb: “8 ildən çoxdur bu ünvanda yaşayırıq. Amma indiyədək məhəllədə zibil qutusu görməmişik. Əvvəllər zibillərimizi həyətimizdə basdırırdıq. Burada hamının cəmi 1-2 sot həyəti var, bu boyda həyətdə nə qədər zibil basdırmaq olar ki? Hər yeri qazıb qurtardıq, indi də məcburuq aparıb zibil qutusuna ataq. Qəsəbədə iki yerdə zibil qutuları var, ora daşıyınca əldən düşürük. Dərdimizi kimə deyək? Bələdiyyəyə, icra hakimiyyətinə dəfələrlə şikayət eləmişik, baxan yoxdur”, - deyə qəsəbə sakinləri bildirirlər. ![]() Onların sözlərinə görə, məhəllələrdə zibil qutuları tapılmadığından sakinlərin çoxu tullantıları küçəyə atır. Əksər hallarda valideynləri zibil atmağı azyaşlılara tapşırırlar ki, onlar da qəsəbənin palçıqlı yollarını keçib zibil qutusuna yetişənə qədər özləri az qala, zibilə qarışırlar. Eyni problemi Suraxanı rayonu Bülbülə qəsəbəsinin sakinləri də yaşayırlar. Qəsəbənin S.Əliyev küçəsi “A” yaşayış massivinin sakinləri bildirirlər ki, böyük yaşayış massivi olmasına baxmayaraq yalnız əsas yolun kənarında icra hakimiyyəti tərəfindən qoyulan zibil qutularından başqa məhəllələrdə heç bir qutuya rast gəlinmir. Bu qutulara qəsəbənin zibilini sığışdırmaq mümkün olmadığından əksər hallarda dolub-daşaraq ətrafa səpələnir. “Hərdən zibil yaddan çıxıb maşında qalırdı, iylənirdi...” Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri isə yığılıb qalan zibillərini atmaq üçün başqa yol fikirləşiblər. Atçılıq yaşayış massivində yaşayan Rübabə Məmmədovanın sözlərinə görə, əksər ailələr evlərindən çıxan məişət tullantılarını daşımaq üçün bələdiyyə nümayəndəsi ilə razılaşırlar. ![]() Sakinlərin sözlərinə görə, illərdir salınan qəsəbəyə zibil qutularının qoyulmaması böyük problemdir. Çünki heç də hamının məişət tullantılarına görə ayda 20 manat ödəməyə pulu çatmır. “İcra hakimiyyətlərinin funksiyaları məhdudlaşdırılmalıdır” İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev hesab edir ki, məişət tullantılarının təmizlənməsi icra hakimiyyətlərinə aid məsələdir. Ekspertin virtualaz.org-abildirdiyinə görə, əslində bələdiyyələrin də tullantıları daşımaq səlahiyyəti var. Amma digər səlahiyyətlər kimi bu da bələdiyyələrdən mənimsənilib. ![]() Ekspertin sözlərinə görə, məişət tullantılarının daşınmasının qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilsə də, təəssüf ki, bəzi rayonlarda icra hakimiyyətləri öz səlahiyyətlərini aşaraq Tarif Şurasının müəyyən etdiyi məbləğdən artıq tələb edirlər. Məsələn, bəzi rayonlarda adambaşına 30 qəpik əvəzinə 50 qəpikdən yığılır. ![]() Bələdiyyə ilə icra hakimiyyəti arasında Problemlə bağlı Binəqədi rayonu Biləcəri qəsəbəsinin bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə nümayəndəsi Şükür müəllim zibil qutuları ilə bağlı heç bir problem olmadığını deyərək bildirdi ki, telefonla əlavə məlumat verməyəcək. Əgər hər hansı məlumat almaq istəyiriksə, zəhmət çəkib bələdiyyənin ofisinə gəlməliyik: “Qəsəbədə bütün lazım olan yerlərdə zibil yeşiyi qoyulub. Sakinlər müraciət edəndə baxılır və qoyulur. Bələdiyyənin istənilən yerə zibil qutusu qoymağa imkanı çatır. Amma mən telefonla məlumat vermirəm, istəsəniz buyurub ofisə gəlin danışaq”. ![]() “Suraxanı rayonunda 6 bələdiyyə var. Onların heç biri, o cümlədən, Hövsan bələdiyyəsi məişət tullantılarının daşınması ilə məşğul olmur. Bizim rayonda vətəndaşların Mənzil Kommunal Təsərrüfat Birliyi və Kommunal Xidmətlər İdarəsi ilə müqavilələri var və müqavilə əsasında vətəndaşların zibilləri onlar tərəfindən daşınaraq atılır. Hansı bələdiyyənin maşını, texnikası var, onlar zibili atırlar. Bizim bələdiyyənin bu imkanları yoxdur”. Bakı Şəhər İcra hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsindən, habelə Xəzər, Suraxanı və Sabunçu icra hakimiyyətlərinin müvafiq şöbələrindən isə telefonlarımıza cavab verən olmadı. 50- manatdan 1000 manatadək cərimə ![]() Nazirlər Kabinetinin qərarına əsasən, parkların hər 600-800 kvadratmetrlik sahəsinə bir zibil yeşiyi qoyulmalıdır. Bu işləri isə küçə və meydanlarda, park və bağlarda, dayanacaq və metro girişlərində aidiyyəti üzrə kommunal-təsərrüfat orqanları görməlidir. Yəni məhəllələrdə, küçə və meydanlarda, vağzallarda, hava və dəniz limanlarında, bazarlarda, park və bağlarda lazımi sayda tullantı qabları yerləşdirmək bu inzibati ərazilərə nəzarət edən qurumların rəhbərliyi yerinə yetirməlidir. Əhalisi çox olan yerlərdə, eləcə də xiyabanlarda tullantı qabları hər 40 metrdən bir qoyulmalı, adam azdırsa, bu məsafə 100 metri aşmamalıdır. Yeməkxana və dükanların, alış-veriş mərkəzlərinin yanında azı 10 litr tutumu olan zibil qabları yerləşdirilməlidir. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
20.04.25 07:21 | “Kursk vilayətinin 99,5 faizi azad edilib”
20.04.25 07:19 | Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
20.04.25 04:27 | Bu generala yüksək vəzifə verildi
20.04.25 04:16 | İcra başçısının qazi haqda şikayəti ilə bağlı qərar verildi
20.04.25 04:12 | Ağstafada toydan uşaq oğurlayan qazi saxlanıldı
20.04.25 04:06 | Putin “Pasxa atəşkəsi” elan etdi
20.04.25 04:02 | Şərurlu İsfəndiyarın oğlu həbs edildi
18.04.25 10:22 | Rusiya dünyada analoqu olmayan xərçəng dərmanı hazırladı
17.04.25 17:19 | “Səhhətlərində problem varsa, müalicə üçün şərait yaradılmalıdır”
17.04.25 17:17 | Prezident onları nazir müavini təyin etdi
17.04.25 17:06 | Orduxan Teymurxan Baş Prokurorluğa çağırıldı
17.04.25 14:12 | Temperatur 19 dərəcəyə yüksələcək
17.04.25 14:10 | Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi
17.04.25 12:54 | Qızılın qiyməti rekordu yenilədi
17.04.25 12:45 | Ukrayna Basayevin hərbi taktikasını tətbiq edir
17.04.25 12:24 | Ukrayna burdan vurulur - Hərbi sirr yayıldı, RİA dərhal...
|