» » 88 də karta keçdi...

88 də karta keçdi...

Bölmə: Sosial
88 də karta keçdi...

Bu gündən etibarən daha bir marşrut xətti üzrə də vahid ödəmə kart sisteminə keçilib.

Xalqİnfo” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bundan sonra 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını Bakı Kart vasitəsi ilə ödəyəcək. Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb.

Həmçinin şərnişinlərin Bakı Kartı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub. İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler