» » Metroda gediş haqqı

Metroda gediş haqqı dəyişməyib

Bölmə: Sosial, BLOK XƏBƏR
Metroda gediş haqqı  “Bakı metrosunda gediş haqqının qaldırması ilə bağlı məlumatlar tamamilə əsassızdır”.

Xalqinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, metronun “Koroğlu” stansiyasında gediş haqqının 30 qəpik olması və bundan dolayı sərnişinlərlə polis arasında hər hansı insidentin yaşanması yalandır:

“Əgər hər hansı insident yaşanarsa bunun açıqlaması olar. Gediş haqqına gəlincə isə bu gizlədiləsi bir şey deyil. Gediş haqqının qaldırılması ilə bağlı qərar veriləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, bu gün KİV-də yayılan məlumatlarda metronun “Koroğlu” stansiyasında sərnişinlərin kartından gediş üçün 30 qəpik silindiyinə dair informasiyalar yer alıb.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler