» » Cəbhəboyu rayonlarda 3 ədəd

Cəbhəboyu rayonlarda 3 ədəd mərmi tapılıb

Bölmə: Sosial, BLOK XƏBƏR
Cəbhəboyu rayonlarda 3 ədəd Azərbaycanın cəbhəboyu rayonlarında 3 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Xalqinfo.az bildirirki ,bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Cəmilli kəndi - 1 əkin sahəsi və 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.

Şıxarx kəndi - 2 ev və həyətyanı sahə, 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik OF-412 top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 11 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Əfətli kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Qaradağlı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

Horadiz şəhəri - 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi) aşkar edilərək işarələnib və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarı ilə 1 760 kv. m ərazi yoxlanılıb. Aşkar olunmuş sursatın partlayış yolu ilə zərərsizləşdirilməsi növbəti gün yerinə yetiriləcək.

(DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

15 İyun tarixində 3 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 17 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd 100 mm-lik OF-412 top mərmisi və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 23 260 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 15 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 605 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 531 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.







Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler