» » Hansı müəllimlərə aiddir,hansılarına aid deyil ?

Hansı müəllimlərə aiddir,hansılarına aid deyil ?

Bölmə: Sosial, BLOK XƏBƏR
Hansı müəllimlərə aiddir,hansılarına aid deyil ?Azərbaycan Prezidentinin təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması ilə bağlı bu il imzaladığı sərəncam diaqnostik qiymətləndirmədən keçən müəllimlərə şamil olunmur.

Xalqinfo.az Publika.az-a istinadən bildirir ki , bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Azərbaycan Respublikası Prezidentinin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1709 nömrəli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçmiş müəllimlərin əməkhaqqı Vahid Tarif Cədvəli əsasında ödənilmədiyi üçün qeyd olunan artım həmin müəllimlərə şamil olunmur”, - nazirlikdən bildirilib.



Kainat Şirin

Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler