İlhamənin ölümünün ilkin səbəbi bilindi – RƏSMİ + YENİLƏNİB(FOTOLAR)Xalq artisti İlhamə Quliyevanın ölümünün ilkin səbəbi açıqlanıb. Xalqinfo.az bildirir ki , Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, xalq artistinin meyitinin ilkin müayinəsi zamanı müəyyən edilib ki, onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olub. 17:01 Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub. Xalqinfo.az Oxu.Az xəbər verir ki, “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb. İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılır. 15:28 Xalq artisti İlhamə Quliyevanın cənazəsi evindən götürülərək Respublika Xəstəxanasına tibbi ekspertizaya aparılıb. Xalqinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında ürək çatışmazlığından evində dünyasını dəyişib. Kainat Şirin Xalqinfo.az |
|