Bakıda qadın sürücü digər sürücünü yaraladıBölmə: Sosial
Bakının Səbail rayonu ərazisində sürücülərdən birinin xəsaerət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xalqinfo.az bildirir ki,Mehdi Hüseyn küçəsi ilə hərəkət edən Rəna Bayramovaya məxsus “Hyundai” maraklı minik maşını yolun Bünyəd Sərdarov küçəsi ilə kəsişməsində “London taksisi”nə çırpılıb. Qəza nəticəsində “London taksisi”nin sürücüsü xəsarət alıb. Yaralı təcili tibbi yardımla xəstəxanaya apırıb. Ərazidə müayinə aparan Səbail rayon polis idarəsinin əməkdaşları qəza ilə bağlı ilkin versiyanın sürət həddinin aşılması olduğu qənaətinə gəliblər. Bundan əlavə xanım sürücünün hərəkət üstünlüyünə malik olan, “London taksisi”nin yoluna çıxdığı güman edilir. Amma bunlar hələlik ilkin versiyadır. Qəzanın günahkarını müəyyən edəcək sübutlar isə, ərazidə olan təhlükəsizlik kamerasının yaddaşına həkk olunub. Bundan əlavə tibbi və avtotexniki ekspertizalar da hadisənin aydınlanmasında vacib rol oynayacaq. Mənbə ANS PRESS |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|