» » Bakı Slavyan Universitetinin tələbələri ayağa qalxdı- etiraz aksiyası

Bakı Slavyan Universitetinin tələbələri ayağa qalxdı- etiraz aksiyası

Bölmə: Sosial, SÖHBƏT, MANŞET
Bakı Slavyan Universitetinin tələbələri ayağa qalxdı- etiraz aksiyasıBakı Slavyan Universitetinin tələbələri etiraz aksiyası keçirib.

Xalqinfo.az AzNews.az-a istinadən xəbər verir ki, universitetin 4-cü kurs tələbələri hazırda əsas korpusun qarşısında yığışaraq rəhbərliyə etiraz ediblər. Məlumata görə, aksiyanın səbəbi isə universitet rəhbərliyinin tələbələrə məzun günü keçirməyə icazə verməməsidir.

Universiteti bitirən tələbələr məzun günü keçirmələri üçün icazə tələb ediblər.

Universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev AzNews.az-a açıqlamasında hazırda universitetdə sakitlik olduğunu deyib: “Tələbələrə məzun günü keçirməyə icazə verilib. Sadəcə olaraq təntənəli konsert proqramı olmayacaq. Bu da Bakıda baş verən yanğın hadisəsi ilə əlaqədardır”.

Məlumat üçün bildirək ki, mayın 19-da Binəqədidə yaşayış binasının yanması ilə əlaqədar bir çox universitetlərdə “məzun günü” konsertləri ləğv edilib.
Mənbə
Bizimyol.info
AzNews.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler