» » Cahanın ən homoseksual

Cahanın ən homoseksual parlamenti buradadı

Bölmə: Sosial, Dünya
Parlamentdə geylərin, lesbiyanların və biseksualların payı 26% artıb

Cahanın ən homoseksual Britaniya parlamenti qeyri-ənənəvi seksual oriyentasiyalı üzvlərinin sayına görə dünya lideridir.

Xalqinfo.az-ın məlumatına görə, hazırda parlamentdə 32 nəfər açıq şəkildə gey, lesbiyan və biseksual olduğunu bəyan edib. “New Statesman” jurnalının yazdığına görə, bunlardan 13-ü leyboristləri, 12-i konservatorları, 6-ı isə Şotlandiya milli partiyasını təmsil edir.

Keçən parlamentdə isə 26 nəfər qeyri-ənənəvi seksual oriyentasiyaya malik idi. Bu il ən çox qeyri-ənənəvi seksual oriyentasiyalı namizəd konservativ partiyadan irəli sürülmüşdü. Onların 39-u kişi və 3-ü qadın olub.

Şotlandiya millətçi partiyasında geylərin, lesbiyanların və biseksualların payı 12,5%-dir. Bu dünya üzrə ən yüksək göstəricidir.

May ayında parlamentə keçirilmiş seçkidə namizədlər arasında 155 gey, lesbiyan və biseksual olub.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler