» » 3D-filmlər beyin fəaliyyətini

3D-filmlər beyin fəaliyyətini yaxşılaşdırır

Bölmə: Sosial
3D-filmlər beyin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin işini sürətləndirir. AZƏRTAC “The Daily Mail” istinadla xəbər verir ki, Londonun “Qoldsmits” kollecinin mütəxəssisləri 100-dən çox adamın iştirakı ilə aparılan eksperiment nəticəsində belə qənaətə gəliblər.

Alimlər könüllüləri 2 qrupa bölüblər. Birinci qrup “Qəhrəmanlar şəhəri” animasiya filminə 3D, ikinci qrup isə 2D formatında baxıb. Tədqiqatçılar filmə baxışdan əvvəl və sonra könüllülərə müəyyən suallar veriblər. Məlum olub ki, filmə 3D formatında baxan respodentlərin koqnitiv prosesləri xeyli yaxşılaşıb (24 faiz), filmə 2D formatında baxanlarla müqayisədə beynin reaksiyası 11 faiz artıb.

Britaniya alimlərinin fikrincə, onların eksperimenti 3D-filmlərin sağlamlıq üçün ziyan olması barədə mifı alt-üst edib. Tədqiqatçılar hesab edirlər ki, belə filmlər kəmağıllıq və digər xəstəliklərin müalicəsinə kömək edəcək.

http://azertag.az/xeber/Boyuk_Britaniya_alimleri_3D_filmler_beyin_fealiyyetini_yaxsilasdirir-857836

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler