» » I və IV ixtisas qrupları üzrə

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verirlər

Bölmə: Sosial
I və IV ixtisas qrupları üzrə  I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı başlayıb.

ANS PRESS-in məlumatına görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilir. Bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayan imtahan 3 saat davam edəcək.

Başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Bu gün saat 16:00-da isə "Space" telekanalında canlı yayımlanacaq "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verəcəklər.

İstifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində də yerləşdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler