» » Orduda Partlayışlara davamlı

Orduda Partlayışlara davamlı divar kağızı

Bölmə: Sosial, Dünya
Orduda Partlayışlara davamlı ABŞ ordusu partlayışlara davamlı olan divar kağızı hazırlayıb.

Xalqinfo.az bildirir ki,Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yüksək müqavimət qabiliyyəti olan Kevlar lifindən hazırlanan bu kağız ABŞ əsgərlərinin müvəqqəti döyüş bölgələrində istifadə ediləcək.

ABŞ Müdafiə Nazirliyinin Pentaqonda təşkil olunan sərgidə nümayış etdirdiyi bu kağızın partlayışlar nəticəsində ətrafa saçılan maddələrin miqdarını azaltmaq kimi xüsusiyyəti var.

İngiltərənin müdafiə məsələlərində araşdırmaçıları isə bu kağızın hazırlanmasının yenilik olmadığını dilə gətirib.

Lakin onlar da bu kağızın hətta qeyri-peşəkarlar tərəfindən də istifadə edilə biləcəyini etiraf edib və onun partlayışlardan ətrafa saçılan zərərli maddələrin miqdarını azaltdığını qəbul ediblər. Bu kağız ABŞ ordusunun sərgilədiyi 100 kəşfdən biridir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler