» » Körpünün dağılma səbəbi bilindi

Körpünün dağılma səbəbi bilindi (Fotolar)

Bölmə: Sosial
Körpünün dağılma səbəbi bilindi Lənkəranda Boladiçay üzərində yerləşən qəzalı körpü barədə məlumat yayılıb.Xalqinfo.az bildirir ki, Nəqliyyat Nazirliyi "Azəryolsevis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ötən gün saat 20:00 radələrində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometriyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə qeydə alınıb. Hadisəyə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində səbəb olub. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb.

Minik avtomobillərin sürücüləri yaxınlıqdakı alternativ körpüdən istifadə etməklə hərəkətlərini davam etdirə bilərlər. Ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün isə çay yatağına boru düzülərək alternativ yol düzəldilir. Yol yaxın saatlarda tam hazır olacaq. Bundan başqa nəqliyyat vasitələri alternativ olaraq M-3 (186 km)-Boladi-Zövlə yolundan istifadə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.
Mənbə
ANS PRESS
Körpünün dağılma səbəbi bilindi
Körpünün dağılma səbəbi bilindi
Körpünün dağılma səbəbi bilindi
Körpünün dağılma səbəbi bilindi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler