» » Çexiyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil olunub

Çexiyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil olunub

Bölmə: Sosial, Idman, BLOK XƏBƏR, MANŞET
Çexiyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil olunubÇexiyanın paytaxtı Praqada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında 1-ci beynəlxalq şahmat turniri təşkil olunub.

Xalqinfo.az xəbər verir ki,Çexiya-Azərbaycan İctimai Birliyinin təşkilatçılığı (Česko-Ázerbájdžánský Spolek, ČAS) və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə keçirilən turnirdə hər iki ölkənin həvəskar şahmatçıları iştirak ediblər.

Turnir qaliblərinin mükafatlandırılması mərasimi Azərbaycanın Çexiyadakı səfirliyində təşkil edilib. Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev qaliblərə hədiyyə və sertifikatlar təqdim edib.

Turnir qalibləri qarşısında çıxış edən səfir F.Şəfiyev ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında söz açıb, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini xatırladıb. Eyni zamanda, səfir Azərbaycanın şahmat ənənələri, ölkəmizin şahmat idman növündə əldə etdiyi nailiyyətlər barədə danışıb.

F.Şəfiyev hər bir iştirakçıya təşəkkürünü bildirib və belə şahmat turnirlərinin növbəti illərdə də ənənəvi şəkildə keçiriləcəyinə əminliyini bildirib.
Mənbə
AZƏRTAC

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler