V ixtisas qrupuna və 11 illik bazadan kolleclərə ərizə qəbulu başladıBölmə: Sosial
Ali təhsil müəssisələrinin (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıbTQDK-ın mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, TQDK Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edir. Ərizələrinin qəbulu mayın 5-dən 18-dək aparılır. Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldura bilərlər. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermədən müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edə biləcəklər. V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verəcəklər. İmtahanda abituriyentlərə hər fəndən 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 2 saat 15 dəqiqə vaxt ayrılacaq. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|