Aktrisa: “Canımı qurtara bilmirəm”

Bölmə: Sosial
Əməkdar artist, Musiqili Komediya Teatrının aktrisası Gülnar Salmanova üçün hələ də böyrək tapılmayıb.

Xalqinfo.az bildirir ki,Səhhəti ilə bağlı Publika.az-a danışan aktrisa dializdən canını qurtara bilmədiyini deyib: “Ümidim vardı ki, bu yaxınlarda böyrəyim dəyişdiriləcək. Amma orqanizmin xəstə olduğu üçün böyrək əməliyyatı mümkünsüz olur. Bədənimə düşən böyrək isə tapılmır ki, tapılmır. Bir sözlə, bu dializdən canımı qurtara bilmirəm. Dializ xəstəsi olmaq çox ağırdır. Bədənim taqətdən düşür, yoruluram. Amma yenə də ayaq üstə gəzə bildiyimə görə Allaha şükr edirəm”.

Teatra gedib-gəlmədiyini deyən aktrisa səhnə üçün qəribsədiyini deyib:

“Teatra getmirəm, çünki gedib daha da pis olacağam. Səhnəyə çıxa bilməyəcəmsə, niyə kənardan baxıb yana-yana qalım? Sağ olsun, cavanları, məni filmlərə dəvət edirlər. Görək, özümdə taqət tapa bilsəm, bəlkə, filmlərin birində çəkildim. Amma hələ çəkiliş meydançasında olmayana qədər buna inanmağım gəlmir. Əsas olan fiziki gücdür, mənəvi cəhətdən çox güclüyəm. Uşaqlar yəqin ki, səhhətimi nəzərə alıb rol verəcəklər”.

Xatırladaq ki, əməkdar artist xeyli vaxtdır ki, şəkərli diabet və böyrək çatışmazlığı xəstəliiyndən əziyyət çəkir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler