» » Mədəniyyət və turizm naziri Naftalanda vətəndaşları

Mədəniyyət və turizm naziri Naftalanda vətəndaşları qəbul etdi

Bölmə: Sosial, Mədəniyyət
Mədəniyyət və turizm naziri Naftalanda vətəndaşları Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edib. Xalqinfo.az-ın məlumatına görə, görüşdə Naftalan və Gəncə şəhərlərindən, Daşkəsən, Göygöl, Kəlbəcər və Samux rayonlarından olan vətəndaşlar iştirak edib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib. Müraciətlər əsasən, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət abidələrinin bərpası və s. məsələlərlə bağlı olub.

Yerlərdə muzey bələdçilərinin qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə təlim və dil kurslarına cəlb edilməsi, rayonlara tanınmış incəsənət ustalarının ezam edilməsi, yaradıcılıq görüşlərinin təşkili, kitabxanaların metodiki vəsaitlərlə, uşaq ədəbiyyatı və jurnallarla, uşaq musiqi məktəblərinin musiqi əsərlərinin klavirləri ilə təminatı, mədəniyyət evlərinin səhnə ləvazimatı ilə təchiz edilməsi barədə xahişlər olunub.

Bölgələrdə qocaman ədəbiyyat, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi, yerli müəlliflərin əsərlərinin tamaşaya qoyulması ilə bağlı təkliflər səsləndirilib.

Görüşdə Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemində Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin qərb bölgəsi üzrə səyyar kurslarının təşkili ilə bağlı təkliflər də irəli sürülüb, şəhərdə ictimai əsaslarla Uşaq Filarmoniyasının yaradılmasına dəstək verilməsi xahiş edilib.

Göygöl şəhərində nazirliyin dəstəyi ilə yaradılacaq alman icmasının tarixi muzeyinin fəaliyyətinin təşkili, rayonda qış turizminin inkişaf etdirilməsi barədə müraciətlər edilib.

Nazir Əbülfəs Qarayev dövlət başçısının tapşırığı ilə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. O, vətəndaşların təşəbbüskarlığını, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsinin təqdirəlayiq olduğunu qeyd edərək qaldırılan bütün məsələlərin diqqətlə nəzərdən keçiriləcəyini, zəruri tədbirlər görüləcəyini deyib.
Mənbə
Apa

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler