Azərbaycanda saxta bilet satanlar cəzalandırılacaqBölmə: Sosial
Kütləvi idman tədbirin keçirilməsinə mane olma ilə bağlı da cəzalar təklif edilirAzərbaycanda keçiriləcək kütləvi beynəlxalq idman yarışları zamanı saxta bilet satışı, o cümlədən tədbirin keçirilməsinə mane olma ilə bağlı yeni cəzalar tətbiq olunur. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 224-1 və 298-1 maddələrinin əlavə olunması müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərək bildirib ki, əlavələr ölkədə keçirilən beynəlxalq idman yarışlarında, o cümlədən qarşıdan gələn I Avropa Oyunlarında təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. 224-1-ci maddəyə görə, kütləvi idman tədbirləri və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 5 min manat cərimələnəcəklər. Maddədə o da göstərilir ki, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2 min manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər cərimələnəcəklər. Maddə 298-1-də isə deyilir ki, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni: - bədən tərbiyəsi - idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” qanuna görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına; - bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə; Fiziki şəxslərin 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslərin 2 min manat, hüquqi şəxslərin isə 5 min manat miqdarında cərimələnməsi nəzərdə tutulur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|