» » Qubada almanı çaya tökürlər-

Qubada almanı çaya tökürlər- Video

Bölmə: Sosial
Qubada almanı çaya tökürlər-

Qubalı fermerlər alma satışının zəif olması səbəbindən məhsullarını çaylara tökür.


“qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, meyvənin yığımından 4 aydan çox vaxt keçsə də, bağbanlar tədarük edilən məhsulun satışında ciddi problemlərin olduğunu bilidirir.

Meyvənin əsas satış bazarlarından sayılan Rusiyada rublun düşməsi, ölkə daxilində isə alıcılıq qabiliyyətinin aşağı olması tonlarla məhsulun tədarük məntəqələrində qalmasına səbəb olub. Havanın isti keçməsi isə meyvənin çürüyərək itkiyə getməsini sürətləndirir.

Hazırda 1 kq alma 10-15 qəpiyə alınır. Bağbanların sözlərində görə, alış qiyməti meyvənin yetişdirilməsinə və saxlanılmasına çəkilən xərcləri heç cür ödəmir. Satışın zəif olmasını şərtləndirən amillərdən biri də ölkəyə məhsulun xaricdən gətirilən növlərinin daha çox olmasıdır.

Mütəxəssislər isə məhsulun tədarük məntəqələrində qalmasını xarici bazarlara çıxışın zəif olması ilə bağlayırlar.Bundan başqa Şimal regionunda emal müəssələrinin azlığı da tonlarla meyvənin itkiyə getməsinə səbəb olur.

Qeyd edək ki, Qubada 14 724 hektar meyvə bağı var ki, bunun da əksəriyyətinidə alma yetişdirilir. Ötən il bağlardan 122 min 816 ton meyvə toplanıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler