» » Bəzi sahibkarlar işçilərinin əmək haqlarını gecikdirib -

Bəzi sahibkarlar işçilərinin əmək haqlarını gecikdirib - NAZİRLİK

Bölmə: Sosial
Bəzi sahibkarlar işçilərinin əmək haqlarını gecikdirib -Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) dövlət nəzarəti zamanı əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə ödənilməsinə xüsusi diqqət yetirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən il DƏMX-in bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş ümumilikdə 527574 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.
Bu məbləğin 468434 manatı (88,8%) əmək haqlarından, 33932 manatı (6,4%) zərərə görə ödənclərdən, 25208 manatı (4,8%) isə sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Gecikdirilmiş sosial xarakterli ödənişlərin 81%-i sahibkarlıq subyektlərinə aid olub. Həmçinin bu ödənişlərin iqtisadiyyatın sahələri üzrə daha çox emal sənayesi (18.6%) və tikinti sektoruna (22.6%) aid müəssisələrdə gecikdirilməsi müəyyən olunub.
Hesabat dövründə qeyri-qanuni olaraq işdən azad edilmiş işçilərin hüquqlarının bərpası istiqamətində də müvafiq işlər aparılıb və əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler