Bakıda məktəblilərin fənn olimpiadası yeni formada keçiriləcəkBölmə: Sosial
![]() Bakı Şəhəri üzrə Təhsil İdarəsindən trend-ə verilən məlumata görə, Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi yanvarın 11-də keçiriləcək. Bu mərhələdə uşaqlara 50 test sualı təqdim olunacaq. Fənn olimpiadalarının şəhər mərhələsində ötən il noyabrda Bakı şəhərinin məktəblərində keçirilən “Bilik yarışı”nın qalibləri iştirak edəcəklər. Bakı şəhərinin 12 rayonunu əhatə edəcək fənn olimpiadaları müvafiq olaraq Yasamal rayonu üzrə 18 nömrəli, Nəsimi rayonu üzrə 42 nömrəli, Nizami rayonu üzrə 220 nömrəli, Suraxanı rayonu üzrə 114 nömrəli, Sabunçu rayonu üzrə 96 nömrəli, Səbail rayonu üzrə 160 nömrəli, Nərimanov rayonu üzrə 258 nömrəli, Xəzər rayonu üzrə 181 nömrəli, Binəqədi rayonu üzrə 3 və 276 nömrəli, Qaradağ rayonu üzrə 139 nömrəli, Xətai rayonu üzrə 95 və 138 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli tam orta məktəblərdə təşkil olunacaq. Qeyd edək ki, fənn olimpiadalarının bu mərhələsi IX-XI sinif şagirdlərini əhatə edəcək, Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat, biologiya, coğrafiya, fizika, kimya və informatika fənləri üzrə keçiriləcəkdir. Məktəblilərin fənn olimpiadalarının keçirilməsini təşkil etmək üçün müvafiq tərkibdə Təşkilat Komitəsi yaradılıb. Müvəffəqiyyət qazanan şagirdlər olimpiadanın respublika mərhələsinə vəsiqə qazanacaqlar. Həmçinin, ötən ilkindən fərqli olaraq, bu il məktəblilər coğrafiya fənni üzrə olimpiadanın şəhər mərhələsində iştirak edəcək və müvəffəqiyyət qazanan şagirdlər respublika turuna vəsiqə əldə edəcəklər. |
XƏBƏR LENTİ
29.01.23 15:04 | Nə Ukrayna, nə də Rusiya müharibədə... - ŞOK PROQNOZ
29.01.23 15:00 | Erməni ekspert: "Qərb Sünik dəhlizinin açılmasının əleyhinə deyil"
29.01.23 14:26 | Baş verən partlayışla bağlı İrandan rəsmi AÇIQLAMA
29.01.23 14:17 | Cavabımız sürətli, güclü və dəqiq olacaq — Netanyahu
29.01.23 10:29 | Sosial mediada ən çox izlənilən dünya lideri o oldu
28.01.23 15:02 | İtaliya səfirliyinin maşını yandırıldı
28.01.23 15:00 | Misir Prezidentinin Azərbaycana səfəri başa çatdı
28.01.23 13:20 | İlham Əliyev 2 fərman, 1 sərəncam imzaladı
28.01.23 13:00 | Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır
28.01.23 12:57 | AKP İsrailə başsağlığı verdi
28.01.23 11:51 | 5 ölkədən Türkiyədəki vətəndaşlarına terror xəbərdarlığı
28.01.23 11:50 | İrandakı etirazçılar hücuma görə SEPAH-ı günahlandırır
28.01.23 11:36 | Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub
28.01.23 11:35 | Neft ucuzlaşdı
ŞƏRH(16)
|